Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar.

Yenicag.az xəbər verir ki, mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır.

Bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.

Məlumata görə, “SpeCam” istənilən materialı asanlıqla müəyyənləşdirməklə farforu keramikadan dərhal seçir. Mütəxəssislərin planına görə, nəticədə istifadəçilər əlavənin işini (məsələn, səsli siqnalı aktivləşdirmək) müstəqil konfiqurasiya edə biləcəklər.

Hazırda kommersiya istifadəsinə verilməyən “SpeCam” əlavəsi yalnız universitet laboratoriyası şəraitində mövcuddur.

İtmiş smartfonların axtarışı üçün yeni üsul kəşf edildi – VİDEO

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 933
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."