Ads by Google

hightechnic
Ads by Google

“Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar.

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar. Konfrans nümayəndələri Nəsimi rayon Böyük Vətən Müharibəsi veteranları ilə görüşmüş və axşam birlikdə şam etmişdilər.

Görüşdə qeyd olunub ki, Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəyə mühüm töhfələr verib.

Azərbaycan bütün potensialı ilə müharibəyə qatılmışdı. Müharibədə Azərbaycandan 600 mindən çox insan iştirak edib, onlardan 320 min nəfəri həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə həmyerlimiz itkin düşüb”. Görüş iştirakçıları 19 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən konfransın işinə uğurlar arzuladılar.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 835
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."