www.sinerjipro.net

SinerjiProWide
Reklam

Aprelin 12-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə Oyunların təbliğatını yayımlamaq hüququ əldə edən 34 ölkənin yayım şirkətləri arasında razılıq əldə olunub.

Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən bütün yayım şirkətləri aşağıda qeyd olunan tədbirlər əsnasında İslamiada ilə əlaqədar eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar:

– Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış və bağlanış mərasimlərinin canlı yayımlanması;
– Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrdən ibarət bir saatlıq gündəlik proqram;
– Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması;
– Oyunlar haqqında iki saatlıq proqram.

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri – Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) – qarşısında Oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.

TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışıb: “Beynəlxalq idman tədbirlərinin diversifikasiyası (şaxələnməsi) hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq”.

Bundan əlavə, Bakı-2017 Türkiyənin aparıcı yayım TV-si TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinam və Qayanada İP vasitəsilə, ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.