www.sinerjipro.net

SinerjiProWide
Reklam

Aprelin 25-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək.

Yeniçağ.Az-ın  məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Hərraca çıxarılan müəssisələr sırasında “Ağcəbədi Aqrotexservis”, “Astaraçay-3”, “Masazır Quşçuluq”, “Masallı Şıxlar Broyler”, “Neftçala Ət” kimi iri dövlət əmlakları var.

Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."