!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"İynə vurub, yarışa çıxmışdı" - Rəsmi açıqlama

!Reklam – Yazi

Cüdo üzrə milli komandamız Ukrayna ilə bürünc medal görüşündə ümumi hesabda 3-0 irəlidə olaraq, qələbəni erkən təmin edərkən, məşqçilər korpusu 90 kq-da yer alan Məmmədəli Mehdiyevin zədəli olduğu üçün növbəti görüşdə mübarizə aparmasını məqbul saymayıb. Mehdiyev rəqibin əlini mübarizəsiz sıxaraq, görüşdən imtina edib ki, bu da komandamızın diskvalifikasiyasına səbəb olub.

Polşada olan Azərbaycan nümayəndə heyətindən əldə etdiyimiz məlumata görə, bu hal yeni qaydalara görə qəbulolunmazdır.

Komandanın yarışdan uzaqlaşdırılması ilə bağlı ACF-nin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi idmançımızın yarışa iynə ilə çıxdığını bildirdi:

“Məmmədəli Mehdiyev görüşə zədəli halda çıxdı. İynə vurulmuşdu. Görüşün gedişində 3:0 hesabı ilə irəlidə olduğumuz üçün Mehdiyev rəqibə könüllü təslim olmaq istədi. Ancaq yeni qəbul edilmiş qaydalara görə qarşılaşmanı bilərəkdən rəqibə güzəştə getmək komandanın texniki məğlubiyyətinə səbəb olur. Buna görə də hakimlər Ukrayna yığmasının xeyrinə 5:0 hesablı qalibiyyət qərarı verdilər”.

Bildirək ki, bu uzaqlaşdırma şəxsi nəticəyə təsir etmir. Yəni Elxan Məmmədovun həmin yarışda Avropa çempionu olması statusu olduğu kimi qalır.

Qeyd edək ki, digər tatamidə bürünc medal uğrunda mübarizə aparan Macarıstan və Fransa yığmalarının görüşündə analoji hal yaşanıb. Burada Fransa yığmasının ən ağır çəkidəki təmsilçisi Siril Marenin eyni hərəkəti macarlara texniki qələbə verilməsi ilə nəticələnib.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv