“İzahı olmayan cinayətdir” – Fazil Mustafa

Müəllif: Redaktor

Editor

fazilmustafaesas189Millət vəkili Fazil Mustafa Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun başını kəsməsi cinayətindən danışıb.

O, AzNews.az-a açıqlamasında baş verən olayı vəhşilik, insanın inana bilmədiyi bir cinayət adlandırıb: “İzahı olmayan cinayətdir. Necə yəni? Ata öz övladının başını necə kəsə bilər? Hər hansı bir atanın öz övladına qarşı bu cinayəti etməsi həqiqətən də inanılmazdır. Görünür, cəmiyyətdə gedən proseslər ailələrə daxil olub. Artıq ailəiçi münasibətdə insanlar psixoloji sarsınti, vəhşilik əməllərinə uyğun gələn davranışlar edirlər, valideynlər də bunu öz övladlarına tətbiq edirlər. Bu üzücü cinayətdir”.

F.Mustafa bir millət vəkili deyil, bir insan, bir valideyn kimi baş verən cinayətin izahını verməyə çətinlik çəkdiyini vurğulayıb: “Bütün duyğuları başa düşmək olar. Amma valideynin öz övladının başına kəsici alət qoyub kəsməsi duyğusunu heç bir izahı yoxdur. Bunu ancaq vəhşi edə bilər”.

Millət vəkilinin fikrincə, cəmiyyətdə elə işlər aparılmalı, elə işlər görülməlidir ki, insanlar bu qəddarlıqdan uzaq olsunlar.

Xatırladaq ki, bu gün Beyləqan rayonunda cinayət hadisəsi baş verib. Rayonun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Faktla bağlı cinayət işinə başlanılıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır