www.sinerjipro.net

SinerjiProWide
Reklam

Emin_2-14320Müğənni-bəstəkar Emin “femalefirst.uk” saytına müsahibə verib.

İfaçı karyerasına anası İrina Ağalarovanın sayəsində başladığını deyib:

“Uşaq olanda anam mənə Elvisin (Elvis Presli, amerikalı müğənni – red.) 50-ci illər hitlərindən ibarət kasetini vermişdi. Məndə oxumağa həvəs həmin mahnıları dinlədikdən sonra yarandı. Səhnədə canlı şou zamanı fanatlarımla görüşmək izaholunmaz hissdir. Sevdiyim işlə məşğul olmaq çox gözəldir”.

Emin hədəfinə çatmaq üçün mübariz olduğunu vurğulayıb:

“Mənim ən yüksək pilləyə qalxmaq üçün imkansız olanları mümkün etmək kimi vərdişlərim var. Əgər nəyisə arzulayırsansa, bu, çox güclü olmalıdır: ən yaxşısını istəməlisən. Həyatda öyrəndiklərimdən biri də budur ki, heç vaxt həvəsdən düşmə və hər zaman uzun yola çıxmaq üçün hazır ol. Nə qədər ki, səni əhatə edən yaradıcı insanlardan nəyisə öyrənmək istəyirsən, öz instinktlərinə və istedadına inanmalısan”.

E.Ağalarov Avropa turnesinə çıxmağa hazırlaşdığını bildirib:

“Martda İrlandiya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliyada konsertlərim olacaq. Mahnılarımı daha geniş auditoriyaya çatdırmaq istəyirəm. Ümid edirəm ki, bəyənərlər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.