Yazı İçi 468×60

57985Əməkdar artist, İzzət Bağırzadə etik normaları aşaraq təhqiramiz ifadələr yağdırıb.

Müğənni özünün “Instagram” səhifəsində yenicə ailə quran həmkarı, müğənni-rəqqasə Sevda Sanəliyeva və üçüncü tanımadığımız şəxslə şəklini paylaşıb. Elə təhqirləri də həmin şəklin altında qeyd edib. Özünə nəzarəti itirərən müğənni etik normaları aşıb, küçə söyüşü söyərək təhqiramiz ifadələrə yol verib. Öz şərhində tərbiyəsiz ifadələrdən də çəkinməyən müğənni sosial şəbəkə istifadəçələrinin qınağına tuş gəlib.

Həmin ifadələri olduğu kimi yazmaq əxlaq normalarına sığışmadığı üçün təqdim edə bilmədik. Lakin həmin ifadələrin əks olunduğu foto yazıya əlavə olunub.
Publika.az müğənni ilə əlaqə saxlayıb. Telefonlara cavab verməyən müğənninin prodüseri məsələ ilə bağlı bunu deyib: “Siz ondan icazə almısınız ki, yazdıqlarını yayırsınız? Özü yatıb. Yuxudan durduqdan sonra özü danışar”.

Xatırladaq ki, müğənni hacıdır və bir neçə dəfə Həcc ziyarətində olub.

Onu da qeyd edək ki, İ.Bağırzadənin yaxın dostu Vasif Məhərrəmli də dünən söyüş dolu statusu ilə gündəmə gəlib. Hər iki dost əvvəlcə söyüb, bir az sonra isə onu silib.

Məlumat üçün bildirək ki, müğənni “Instagram”ın tələblərini pozub. Belə ki, burada söyüş söymək qadağandır.

cvfgfg

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."