Yazı İçi 468×60

saxta_spirtli_ickiler_250216_01-300x240Abşeron rayonunda saxta spirtli içkilər istehsal edilməsi müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) Abşeron rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində Gürcüstan Respublikasında anadan olan Bərxudar Həsənovun Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşadığı ünvanda gizli qurduğu sexdə həmyerlisi Şakir Muradov və Şabran rayon sakini Bəhruz Ömərovla birlikdə kustar üsulla saxta spirtli içkilər istehsal etməsi müəyyən olunub.

Sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya Sever Russian Vodka”, “Finlyandiya”, “Russkiy Standart” araqları, “Jack Daniels”, “Chivas” viskiləri, keyfiyyətsiz spirt, Azərbaycan və Rusiya Federasiyasının saxtalaşdırılmış aksiz markaları, eləcə də spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar götürülüb.

Aşkar edilən spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertizanın rəyinə əsasən həmin spirtli içkilərin keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə tamamilə yararsız olduğu müəyyənləşib.

Hazırda faktla bağlı Baş İdarədə başlanan araşdırmalar davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."