!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jirinovskidən yeni iddia: “Ərdoğan mənə dedi ki…”

!Reklam – Yazi

jirinovskiRusiyanın ən qalmaqallı siyasətçisi, Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski bu dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı ilə diqqət mərkəzinə düşüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla söhbəti zamanı ölkəsinin NATO-dan çıxa biləcəyini söylədiyini iddia edib: “Reallığa baxmalıyıq. Bu ölkənin xarici siyasətini prezident müəyyənləşdirir. Biz uzun-uzadı müzakirə apara bilərik, ancaq son qərarı prezident verir. Bunu Ərdoğanla söhbətimdə eşitdim. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyini dəfələrlə bizə, Rusiya rəhbərliyinə bildirib. Mənimlə ətraflı söhbətində “Bizim belkə də NATO-dan çıxmaq ehtimalımız da ola bilər”, dedi”.

V.Jirinovski əlavə edib ki, Türklərin qürurlu milətdir və gözləməkdən bezərək artıq Avropa İttifaqına üzvlüyü də istəmirlər: “Türkiyə Ruiya ilə hərbi əməkdaşlığın tərəfdarıdır. Ancaq Türkiyə Rusiya ilə hərbi əməkdaşlıq edərsə, NATO özü bu ölkəni sıralarından xaric edəcək. Türklərlə əməkdaşlıqdan imtina etməməliyik”. RLDP sədrinin sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması postsovet ölkələri olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı da məmnun edir.

Yeniçağ.Az

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv