!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist təşkilatı İsmayıllıda İslam sivilizasiyasını təbliğ edir- Foto

!Reklam – Yazi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda konfrans keçirib. Tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər və gənclər iştirak ediblər.

İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdr müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov deyib ki, İslam dəyərləri həmişə xalqımızın istinad mənbəyi, inanc yeri olub. Onun sözlərinə görə, analoji tədbirlərin keçirilməsi gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verəcək.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycanın tarix boyu İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı nəsillərdən miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb.

Jurnalist deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Natiq bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlətin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.

TUMİB sədri 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi ili” elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. Ç.Bayramov 2017-ci ildə İslam ölkələri aarsında ictimai-siyasi, mədəni əlaqələrin daha da güclənəcəyinə əmin olduğunu bildirib. “2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bu prosesi bir qədər də sürətləndirəcək”, – deyə TUMİB sədri bildirib.

Jurnalist Səbinə Novruzzadə bildirib ki, Azərbaycan İslam aləmində özünəməxsus mövqeyə malikdir. S.Novruzova deyib ki, ilk Avropa Oyunlarının ardınca Bakıda İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir turnirin keçirilməsi ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığını sübut edir.

Yeniçağ.Az

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv