www.sinerjipro.net

SinerjiProWide
Reklam

105232_res_01Bu gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bunu Səbayel rayon prokurorunun köməkcisi deyib. O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.

Mərhum jurnalistin nəşi ölüm faktından yalnız 6 saat sonra artıq ailəsinə təhvil verilib. Bu zaman onun yaxınları morqa buraxılmayıb ki, bu da narazılıq yaradıb. Yalnız etirazlardan sonra atası içəri buraxılıb. Bu zaman morqın ətrafına 5 polis maşını gəlib.

Mərhumun meyiti məscidə, oradan isə evlərinə aparılıb. Dəfn mərasimi saat 14:30-da Mehdiabad qəbiristanlığında olacaq.

Embedded image permalink

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."