!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin badalaq atdığı qaçqın kimdir və başına nələr gəlib? Fotolar,Video

!Reklam – Yazi

600230_465097 (1)Bir neçə gün öncə Macarıstanda jurnalist Petra Laslonun badalaq atdığı miqrantla bağlı yeni xəbərlər yayılıb.

Məlum olub ki, zorakılığa məruz qalan miqrant Usamə Əbdül-Möhsin Suriyanın Deyr əz-Zur şəhərinin sakini olub. O Suriya super liqasındakı futbol komandalarından birinin məşqçi heyətində çalışıb.

Xatırladaq ki, N1TV kanalının əməkdaşı Petra Laslo (Petra László) polisdən qaçan qaçqınları çəkərkən yaxınlığında qucağında körpə olan kişiyə badalaq vermişdi. Kişi düz qucağındakı uşağın üstünə yıxılmışdı. 20 saniyəlik videoyazı Almaniyanın RTL telekanalının repartyoru Ştefan Rixter (Stephan Richter) tərəfindən lentə alınaraq Tvitterdə paylaşılmış və tezliklə bütün sosial şəbəkələrdə yayımlanmışdı.

Jurnalistin qucağında uşaq olan miqranta badalağı dünyanı ayağa qaldırdı – VİDEO

Ədül-Möhsinin böyük oğlu Məhəmməd video lenti gördükdən sonra bildirib ki, atası və kiçik qardaşından bir xəbər ala bilmir.

Bəzi informasiya agentlikləri ata və uşağın Macarıstan polisi tərəfidən həbs edildiyini yazıb.

https://youtu.be/CwheIAtODQA

Qeyd edək ki, kadrlar yayımlandıqdan sonra Facebookda «Petra Laslonun ruüsvayçılıq divarı» («The Petra László Wall of Shame») adlı qrup yaradılıb. Həmçinin N1TV kanalının rəhbərliyi jurnalisti işdən çıüxardığı barədə bəyanat vermişdi(faktxəbər).

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv