www.sinerjipro.net

SinerjiProWide
Reklam

img2043959Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən sonra məhkəmə binası qarşısında gərginlik yaranıb.

Daha çox təqsirləndirilən Samir Mustafayevin yaxınları narazılıq ediblər. Onun bacısı bildirib ki, qardaşı günahsızdır: “Allah Elşənin bəlasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi”.

Samir Mustafayevin yaxınları vətəndaşlıqdan imtina edəcəklərini, Amerika səfirliyinə müraciət edəcəklərini bəyan ediblər.

Azadlıqdan məhrum edilən şəxslərin yaxınları qərara etiraz edib, jurnalistləri yalan xəbərlər yaymaqda günahlandırıblar.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay , C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.(Musavat)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 123
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."