!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlər üçün infotur təşkil edildi – Fotolar

!Reklam – Yazi

teleqraf.com1441967904WP_20150911_013Bu gün Strateji Araşdırmalar İnstitutunun (SAİ) təşkilatçılığı ilə bir qrup jurnalist üçün yeni istifadəyə verilmiş Boks Kompleksinə infotur təşkil edilib.

İnfotrudan əvvəl kompleks barədə məlumat verən Boks Kompleksinin meneceri Elşən Hacıyev bildirib ki, bu mərkəz sentyabr ayından aktiv fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, kompleks 1011 nəfər tamaşaçı tutmuna malikdir: “Burada təkcə boks deyil, digər idman növləri üzrə də yarışlarının keçirilməsi mümkündür. Eyni zamanda kompleksdə 150 nəfərlik konfrans zalı var ki, burada jurnalistlərin operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Kompleskdə boks muzeyi, VİP qonaq otaqları yaradılıb. Habelə məşqçilər və idmançıların yarışdan öncə hazırlıq otaqları var və burada lazım olan bütün imkanlar mövcuddur. Deyərdim ki, bu, analoqu olmayan bir kompleksdir. Hətta Beynəlxalq Boks Federasiyasının rəhbəliyi burada olarkən kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirib”. E.Hacıyev qeyd edib ki, Avropa Oyunları zamanı kompleksdə müxtəlif idman növləri üzrə məşqlər keçirilib. Onun sözlərinə görə, yaxın zamanlarda boks üzrə Gənclər Kuboku yarışları məhz bu kompleksdə baş tutacaq.

SAİ-nin rəhbəri Ramiz Alıyev qeyd edib ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, müxtəlif idman növlərinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz ulu öndərin diqqət və qayğısı nəticəsində digər sahələr kimi, idman sektorunda da inkişafın təməli atılıb. Prezident İlham Əliyevin idmana verdiyi xüsusi önəm sayəsində isə bu gün ölkəmiz dünya idman tarixinə Birinci Avropa Oyunlarının keçirildiyi bir məkan kimi qızıl hərflərlə yazılıb. Hər birinizə məlumdur ki, Azərbaycanda boksun böyük tarixi var. Bu kompleksin tikilib istifadəyə verilməsi də boks idman növünə verilən qiymətin nəticəsidir. İnanıram ki, məhz bu diqqət və qayğının sayəsində Azərbaycan adı daha yüksək yarışlarda səslənəcək”. R.Alıyev əlavə edib ki, tezliklə dünyaca məşhur boksçuların burada görüşlərinin keçirilməsi nəzərdə tutlub və bütün jurnalistlər belə tədbirlərə dəvət ediləcək.

Daha sonra jurnalistlər Boks Kompleksi ilə tanış olublar(teleqraf).

www.yenicag.az

1696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv