!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlərə yeni mənzillərin “kupça“ları paylandı

!Reklam – Yazi

3e5e2882-98e9-45ef-8f9c-e6edb8e8f6b3Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə informasiya azadlığının və azad mətbuatın təmin olunması, milli mətbuata göstərilən dövlət dəstəyinin artırılması və media işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncama əsasən mətbuat işçiləri üçün yaşayış binasının tikilərək istifadəyə verilməsidir. Ölkə rəhbərliyinin tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi də jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını 24 dekabr 2015-ci il tarixində məhz jurnalistlər binasında təşkil edib. Belə ki, bu binada mənzil sahibi olan 100-dən çox jurnalistə bilavasitə onların ünvanında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, ölkə rəhbərliyi tərəfindən daim Azərbaycanda informasiya azadlığının və azad mətbuatın təmin olunması, Kütləvi İnformasiya Vasitələrinə dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır. Jurnalistlər üçün inşa edilən bu yaşayış binası da dövlət başçısının mətbuat nümayəndələrinə olan diqqət və qayğısının bariz nümunəsidir.
Qeyd olunub ki, ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də öz növbəsində ölkədə media sahəsinin inkişafına, jurnalistlərin mülkiyyət hüquqlarının daha səmərəli təmin olunmasına öz dəstəyini göstərir. Bu gün məhz jurnalistlər binasının həyətində onlara kütləvi şəkildə dövlət reyestrindən çıxarışların verilməsi də bu dəstəyin bir nümunəsi olduğu vurğulanıb. Komitə öz fəaliyyətindəki yenilikləri məhz media vasitəsilə geniş ictimaiyyətə çatdırır.
Xidmət rəisi bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar digər sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsi, daşınmaz əmlak idarəçiliyinin müasir inkişaf xəttinin formalaşması ilə müşayiət olunur. Dövlət başçısının mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçilik, xidmətlərdə operativliyin, rahatlığın və şəffaflığın artırılması barədə tapşırıqlarına uyğun olaraq komitə tərəfindən müntəzəm tədbirlər həyata etdirilir. Daşınmaz əmlakın qeydiyyatında və torpaq məsələlərində “bir pəncərə” prinsipinin tətbiqi, 31 elektron, 3 SMS və 2 onlayn xidmətin istifadəyə verilməsi, qeydiyyat prosedurlarının sadələşdirilməsi və qeydiyyat müddətinin qısaldılması belə tədbirlərə nümunədir. Göstərilən 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 280 minə yaxın elektron müraciət daxil olub. Son illərdə fəaliyyət sahələri üzrə müasir informasiya-kommunikasiya texnologiyaları və elektron innovasiyalar geniş tətbiq edilib, vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Qeydiyyat sahəsində sosial amillərin gücləndirilməsi məqsədilə “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Kampaniya vasitəsilə Bakı və regionlarda qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. İndiyədək kampaniya vasitəsilə 6000-dən çox vətəndaşa xidmət göstərilib. Komitə tərəfindən “bir pəncərə” prinsipinin tətbiqindən sonra daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi ilə bağlı bütün sənədləşdirmə prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həyata keçirilir. Bununla da, bir neçə quruma müraciət etməyə, əlavə vaxt itkisinə yol verməyə ehtiyac qalmayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları Mərkəzi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib. Bərdə, Beyləqan, Qəbələ, Xaçmaz və Lənkəranda qeydiyyat idarələri üçün müasir standartlara uyğun yeni inzibati binalar tikilib. Eyni zamanda komitənin daxili imkanları hesabına Gəncə və Şəki ərazi qeydiyyat idarələrinin yeni binaları tikilib istifadəyə verilib. Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər, tətbiq olunan innovasiyalar ölkədə biznes mühitinin yaxşılaşmasına da töhfəsini verəcək. Sosial amillərin güclənməsini, mülkiyyət mənafelərinin və hüquqlarının qorunmasını yüksək səviyyədə təmin edəcəkdir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən başlayaraq daşınmaz əmlak və torpaq sahiblərinə ilkin mülkiyyət sənədləri əsasında birbaşa ünvanlarda kütləvi qaydada çıxarışların verilməsi kampaniyasını həyata keçirir. Kampaniya həm paytaxtda, həm də regionlarda paralel olaraq təşkil olunur. Son bir neçə həftədə artıq Bakıda yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyaya cəlb olunub. Bu gün belə kampaniya məhz kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilib. Komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələrində) birbaşa ünvanda jurnalistlərə dövlət reyestrindən çıxarışlar verilir.

Belə sosial tədbirlərdə məqsəd göstərilən xidmətləri birbaşa vətəndaşın ünvanına çatdırmaqla operativliyi, rahatlığı və məmnunluğu təmin etməkdir. Belə fəaliyyətin nəticəsidir ki, göstərilən xidmətlərdə çeviklik və şəffaflıq əhəmiyyətli dərəcədə artıb. Bütün bu yeniliklər mülkiyyətçi mənafelərinin və sosial amillərin daha yüksək səviyyədə təmin olunmasına səbəb olmaqdadır.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv