Jurnalistlərin avtobusu atəşə tutulub

Müəllif: Redaktor

Editor

rraaq34Rio-de-Janeyroda Olimpiyadanın idman obyektləri arasında hərəkət edən jurnalistlərin olduğu avtobusa atəş açılıb.

Hadisə nəticəsində avtobusun iki pəncərəsi qırılıb, salonda olan Belarusdan olan könüllü və türk jurnalist yüngül xəsarət alıb. Hadisə yerinə gələn polislər avtobusu mətbuat mərkəzinə qədər müşayiət ediblər.

Yerli qurumlar atəşin fişəng olduğunu bildirsə də ABŞ Hərbi Havva Qüvvələrinin ehtiyatda olan zabiti və hazırda basketboldan yazan jurnalist Şerila Mayklson atəşin silahlardan atıldığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, hazırda faktla bağlı araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır