!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması müsbət addımdır” – Politoloq

!Reklam – Yazi

Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması naminə atılan addımlar tanınmış simalar tərəfindən müsbət qiymətləndirilir.

Bu barədə Yenicag.Az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, digər peşə sahibləri kimi jurnalistlər də normal şəraitdə yaşayıb-yaratmalıdırlar:

“Belə bir təşəbbüs əlbəttə ki, müsbət dəyərləndirilməlidir. Prezidentin təşəbbüsü ilə dövlət hesabına jurnalistlər üçün binaların tikilməsi normal qarşılanmalıdır. Hər halda, jurnalistlər də yaradıcı təbəqə olaraq, normal şəraitdə yaşamağa haqq edirlər.

Dövlət onlara belə bir imkan yaradırsa, bu, əlbəttə ki, müsbət addımdır, təqdir olunmalıdır. Əsas məsələ jurnalistin öz yaradıcılığında peşəkarlığını və obyektivliyini qorumasıdır”.

Politoloq dövlətin jurnalistləri evlə təmin etməsinə tənqidi münasibət bəsləyənlərin bu yanaşmalarında məntiq olmadığını deyib:

“Nəzərə alınmalıdır ki, jurnalistlər üçün tikilən binalar dövlət büdcəsi hesabına inşa olunub. Büdcənin formalaşmasında isə digər peşə sahibləri kimi jurnalistlərin də iştirakı var. O baxımdan, bu addımı “jurnalistlərə rüşvət” kimi qələmə vermək doğru deyil.

Məni bu yanaşmalarda ən çox təəccübləndirən Azərbaycandan xaricə mühacirət etmiş bəzi şəxslərin reaksiyalarıdır. Onların əksəriyyəti getdikləri ölkələrin hökumətləri, yaxud da oradakı təşkilatlar vasitəsilə mənzillə təmin olunublar. Belə olan halda onlar hansı əsasla, hansı məntiqlə Azərbaycan jurnalistlərinin öz dövlətlərindən ev almalarını tənqid edirlər? Bu, absurd yanaşmadır”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv