!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Jurnalistlərin mənzillə təmin edilməsi Prezidentin qəhrəmanlığıdır" - Baba Vəziroğlu

!Reklam – Yazi

Ölkə prezidentinin 255 jurnalisti evlə təmin etməsi ziyalılar tərəfindən də müsbət hadisə kimi qarşılanıb.

Yenicag.az-a açıqlama verən tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu hadisəni mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar atılan növbəti addım kimi qiymətləndirib:

“Dünyanın heç bir ölkəsində jurnalistlərə, yazıçılara və digər sənət adamlarına havayı ev verilmir. Amma bizim ölkədə hər zaman sənət adamları və jurnalistlər qayğı ilə əhatələnir. Əvvəlki neft bumu dövrü olsaydı, bəlkə də təəccüblü gəlməzdi. Amma belə çətin iqtisadi durumda jurnalistlərin mənzillə təmin edilməsi prezidentin qəhrəmanlığıdır. Bu fədakarlıqdan da artıq olan bir hadisədir”.

Baba Vəziroğlu sosial şəbəkədə narazılığını ifadə edən jurnalistlərlə da bağlı danışıb:

“Baxıram ki, sosial şəbəkədə xoşagəlməz fikirlər səsləndirilib. Bəziləri qaşınmayan yerdən qan çıxartmaq istəyirlər. Əlbəttə, insan amili varsa, müəyyən narazılıqlar da olacaq. Amma bu 255 jurnalistin 250-si həqiqətən də ehtiyacı olan, kirayələrdə qalan insanlardır. Onlar həyatları boyu bu evi məvaciblə ala bilməzdilər. Tutalım, beş nəfəri mübahisəli ola bilər. Amma ümumilikdə, bu boyda fədakarlığa kölgə salmaq olmaz axı. Mən mətbuat günü münasibəti ilə mənzil alan və almayan bütün jurnalistləri təbrik edirəm”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv