!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadıköy “Xocalı” dedi

!Reklam – Yazi

hkljljYenicag.az-a VHP- nin  Mətbuat  və İnformasiya   xidmətindən   daxil  olan  məlumata görə  ötən  gün   fevralın  22- də İstanbulda  Qarabağa  azadlıq  və  Xocalı soyqırımını  törətmiş  cinayətkarların  cəzalandırılması  tələbiylə  möhtəşəm    yürüş keçirilib.
Hər  ilin fevral  ayinda  Xocalı  soyqırımınn  anılması, terroru rəsmi dövlət siyasətinə  çevirmiş  Ermənistanin  işğalçılıgına  son  qoyulmas ı tələbiylə yürüşlərin, mitinqlərin, yığıncaqların  keçirilməsi  Türkiyədə  artıq ənənəyə çevrilmişdir. Unuversitetlərin, qeyri hökümət  təşkilatlarının, çeşidli  mərkəz  və qurumların  “Xocalıya ədalət”  çağırışıyla keçirdiyi  simpozium və konfranslara  on minlərlə insan  qatılır. Ermənilər  əsilsiz, uydurma “erməni soyqırımı”nın 100 illiyini dünyanın  hər yerində  qeyd etməyə və  qəbul  etdirməyə  hazırlaşdıqları  bir ərəfədə , Xocalı soyqırımı ilə bağlı  tədbirlər  həm  Azərbaycan, həm  Türkiyə  üçün  xüsusi  əhəmiyyət  daşıyır.
Bu  məqsədlə  dünən  İstanbulda  Kadıköy bələdiyyə  evindən  başlanan  yürüş  şəhərin  mərkəzi  küçələrindən  keçməklə  Kadıköy meydanında  mitinqlə  başa  çatmışdir. “Turan Hərəkatı Platforması”, Ülküçü  Gənclər  Təşkilatları, sivil toplum örgütləri, tələbə gənclər tərəfindən düzənlənmiş  yürüşə  Azərbaycanın   xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi  Partiyasının  sədri  Sabir Rüstəmxanlı  da qatılıb.  XIX  əsrin ilk illərindən  başlamış  Xocalıya  qədər  davam  edən   soyqırımları  və ümumən   Azərbaycan  həqiqətlərindən danışan  millət  vəkili   sözdə  “erməni  soyqırımı”  və  Qarabağ  probleminin  eyni  zəncirin  həlqələri  olduğunu  vurğulayaraq  bundan  sonra  “bir  millət  iki dövlət “ tərimi  ilə  tarixə düşmüş    Azərbaycan  və Türkiyənin dövlət  olaraq   bu məsələlərdə  birgə səylərinin   və  ardıcıl əməkdaşlığının  zəruriliyinin qaçılmaz  olduğunu  qeyd edib.

Qarşıdakı günlərdə  Sabir  Rüstəmxanlı  Azərbaycanın  İstanbul  baş konsolosluğunun  Xocalı  soyqırımı  ilə  bağlı  planlaşdırdığı  tədbirlərdə, eləcə də İstanbul  Aydın, Yalova, Muğla universitetlərində  keçiriləcək Xocalı  konfranslarında  da  iştirak edəcəkdir.

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv