!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovdan Rusiyaya sərt mesaj – VİDEO  

!Reklam – Yazi

Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün Instagram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Yenicag.az xəbər verir ki, Kadırov öz çıxışında Rusiya KİV-i fəaliyyətsizlikdə ittiham edib. “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, – Kadırov bildirib.

O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Lakin onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq.

“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün heç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”, – Kadırov bildirib.

www.yenicag.az

4155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv