!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kainatın məhv olacağı tarix dəqiqləşdi

!Reklam – Yazi

img1876726Astrofiziklər kainatın sonunu təyin edə biliblər.

Alimlər ilk növbədə kainatın sönmə sürətini ölçüblər və bu təcrübəyə əsasən onun sonunun vaxtını təyin etməyə çalışıblar.

Astrofiziklər öz təcrübələrinin nəticələrini Beynəlxalq Astronomiya Birliyinin Honoluluda (Havay adaları) keçirilən yığıncağında elan ediblər.

Yenicag.az xəbər verir ki, bu elmi araşdırmalar “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.

Alınmış nəticələr göstərir ki, son 2.3 milyard ildə ulduzların parlaqlığı iki dəfə azalıb. Astronomların qənaətlərinə görə, təqribən 100 trilyon ildən sonra kainatın sonuncu ulduzları olan çırtan ulduzlar da sönəcək.

Son parlaq ulduzlar da söndükdən sonra kainatda ancaq qara dəliklər, neytron ulduzlar, ağ və qəhvəyi çırtdan ulduzlar və soyuq planetlər qalacaq. Kainatda 1 kvadrilyon ildən sonra planet qalmayacaq. 10 kvadrilyon ildən sonra isə qara dəliklər neytron və çırtdan ulduzları özünə sovuracaq.

Kainatın tədricən söndüyü artıq ötən əsrin 90-cı illərindən məlum idi. Amma alimlər son təcrübələrində bunun sürətini təyin edə biliblər. Alimlər yerdən 2 milyard işıq ili məsafədə yerləşən 220 min qalaktikanın şüalanmasını öyrəndikdən sonra bu nəticəyə gəliblər.

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv