!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kaladze yenə “Qazprom”la danışıqlara getdi: “Azərbaycanın imkanı yoxdur…”

!Reklam – Yazi

126206_res_01Bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri arasında Vyanada növbəti danşıqlar olacaq.

Virtualaz.org xəbər verir ki, Kaxa Kaladze danışıqlara yola düşməzdən əvvəl jurnalistlərə deyib ki, Rusiyadan alınan qazın həcmi 12 faiz artırıla bilər. Kaladzenin sözlərin görə, hələlik danışıqlar 1 illik müqavilə üzrə gedir. “Əgər Rusiyadan əlavə qaz almasaq əhaliyə elektrik enerjisinin satış qiymətini 4-5 tetri artırmalı olacağıq”-nazir xəbərdarlıq edib.

Kaladzenin sözlərin görə, “Qazprom”la sonuncu danışıqlarda Rusiya tərəfi tələb edib ki, Gürcüstan Ermənistana qaz tranzitinə görə haqqı pul kompensasiyası şəklində alsın. Nazir deyib ki, Gürcüstan bu şərtə əməl etməyə məcburdur. Çünki Rusiyanın Ermənistanı başqa tranzit vasitəsilə qazla təmin edə və nəticədə Gürcüstan tranzit imkanlarından məhrum ola bilər. Ona görə də Gürcüstan tranzit imkanlarını saxlamaq üçün mümkün olanı edir.

Kaladze Ermənistana qaz nəqlinin başqa hansı ölkə üzərindən həyata keçirilə biləcəyini deməyib. Ancaq bu günlərdə məlum olmuşdu ki, “Qazprom” bu danışıqlarda İran kozırından istifadə edə bilər. Belə ki, Rusiya şirkəti Azərbaycan üzərindən İrana ildə 10 milyard kubmetr qaz nəqlini planlaşdırır. Bunun əvəzində İran Ermənistanı qazla təchiz edəcək və qalan qaz həcmini Fars körfəzinə çıxararaq “Qazprom”a təhvil verəcək. Azərbaycanın Gürcüstanı tranzit imkanlarından məhrum etməyə yönəlmiş və dolayısı ilə Ermənistanın İran qazı ilə təchiz edilməsinə yardımı nəzərdə tutan bu plana münasibəti məlum deyil.

Kaladze bir daha bildirib ki, Azərbaycan texniki olaraq Gürcüstana lazım olan həcmdə qaz verə bilməz. Çünki Gürcüstanın Azərbaycandan qaz aldığı kəmərin həcmi məhduddur. Bu problemi qaz anbarının tikintisi ilə həll etmək olar, ancaq bunun üçün investisiya lazımdır.

Xatırladaq ki, bu günlərdə SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə danışıqlar aparsa da tərəflər razılıq əldə edə bilməmişdi. Belə görünür ki, “Qazprom”un Gürcüstanda SOCAR-ın bazarına girməsi məsələsi artıq həll olunub. Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Davosda Azərbaycan prezidenti İlham Əliyevlə gözlənilən danışıqlarının da nəyisə dəyişəcəyinə əminlik yoxdur.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv