www.sinerjipro.net

SinerjiProWide
Reklam

kemaleddin_heyderov_5Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov keçmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verib.

Nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov isə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə keçirilib.

Xatırladaq ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra, o bu ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilmişdi. Onun indi təyin olunduğu vəzifə FHN sistemində ən nüfuzlu vəzifələrdən biri hesab olunur.

Şahmar Paşayev DİN-də məşhur simalardan biri olub. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 186
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."