Yazı İçi 468×60

“Boavişta” klubu bu gün Portuqaliya çempionatının XVII turu çərçivəsində növbəti matçına çıxıb.

Yeniçağ.az-ın məlumatına görə, rəqib çempionatın lideri “Benfika” olub.

Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Lissabondakı “Eştadiu da Luj” stadionunda keçirilib.

“Boavişta”nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyub. Emin Mahmudov isə avtoqol edən komanda yoldaşı Fabio Espinyonu 89-cu dəqiqədə əvəzləyib.

Qonaqlar ilk hissənin ortasında 11 dəqiqəyə vurduğu 3 qolla hesabda 3:0 irəlidə olsalar da, bu üstünlüyü qoruya bilməyiblər. “Benfika” inanılmaz əzmkarlıq göstərərək vurduğu 3 qolla əzmkar heç-heçəyə nail olub. Ağayev qollardan 1-ni penaltidən, 1-ni isə öz komanda yoldaşından buraxıb. Kamran 75-ci dəqiqədə sarı vərəqə alıb.

17 turdan sonra “Boavişta” 21 xalla 11-ci pillədə qərarlaşıb.

Portuqaliya çempionatı, XVII tur

20:00. “Benfika” – “Boavişta” – 3:3

Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına – Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25

Lissabon, “Eştadiu da Luj”

Baş hakim: Luiş Ferreyra

 Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."