!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kamran Ağayevdən şad xəbər

!Reklam – Yazi

Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev Azərbaycan millisi ilə birgə məşqlərə başlayıb.

31 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir.

O, bir neçə gün əvvəl aldığı zədə üzündən hazırlıq prosesindən kənarda qalmışdı. Artıq tam bərpa olan K. Ağayev Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında iştirak edə biləcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Xatırladaq ki, baş məşqçi Robert Prosineçki Almaniya ilə matça 26 futbolçu çağırsa da, Ruslan Abışovla Namiq Ələsgərov zədəli olduqları üçün hazırlıq prosesinə qatıla bilməyib.

Yeniçağ.az

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv