!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kamran Həsənidən Samir Piriyevlə bağlı ŞOK İDDİA: “İşi udmaq üçün rüşvət verib ”

!Reklam – Yazi

“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Samir Piriyevin tanınmış aparıcı Kamran Həsəninin bacısı ilə bağlı söylədiyi  “Kamran məni bacısı ilə tora saldı» açıqlaması qarşı tərəfi özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən şoumen Samir Piriyevlə bağlı inanılmaz iddialar irəli sürüb:

“Samir deyir ki, guya obyekt sahibinə çatacaq pulu mənə Bakıda verib, ağ yalandır. O, 2009-cu ildə Türkiyədə obyekt sahibinə 250 min pul verməliydi, amma 115 min verib. Deyib ki, bağım var, satıb qalanını da gətirəcəm. Amma sözünə əməl etməyib. Həmin vaxtdan isə obyektə şərik kimi fəaliyyət göstərib. 2016-cı ildə isə görür ki, obyekt iflasa uğrayır, qabaqdangəlmişlik edərək, aldadıldığını iddia edir. Bunu obyekt sahibi özü də təsdiq edir ki, Samir onlarin şəriki olub. O adam Bakıya gələrək, Samirlə üzləşib və ifadə verib. Samir yalançı şahidlər taparaq, hüquq mühafizə orqanlarını aldadıb, hətta obyekt sahibindən 15 min manat da alıb. Utanmır, məni də şantaj edir ki, guya bu davadan əl çəkmək üçün ona 35 min manat rüşvət təklif etmişəm. Yalan danışır, o kimdir ki, mən ona rüşvət təklif edim? Heç darıxmasın, əlimizdə faktlar var, yaxın vaxtlarda o dəlilləri üzə çıxaracağıq. Onda Samir özü hüquq mühafizə orqanlarını aldatdığına görə cinayət məsuliyyətinə cəlb olunacaq. Biz onun kimə rüşvət verib, yalançı şahidlər tutduğunu, kimin də toyunda pulsuz oxuduğunu yaxşı bilirik. Hamısını ortaya qoyacağıq”.

K.Həsənli S.Piriyevə səslənərək, bacısının adını çəkməməyi tələb edib:

“Bacımın bu məsləyə nə dəxli var, indi də onun adını hallandırır? Sözün var, mənimlə həll elə, bacımı bu məsləyə qarışdırma”.

Cəvahir

www.yenicag.az

3101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv