!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanada lideri barədə inanılmaz iddialar

!Reklam – Yazi

Kanadanın gənc və yaraşıqlı lideri Justin Trudeau haqqında yeni iddialar gündəmə gəlib.

Yenicag.az The Guardian-a istinadən xəbər verir ki, iddiaya görə, onun jurnalistin sualını cavablandıran zaman xarici görünüşündən bəhs etməsi, çılpaq halda meşədə gəzərkən görüntülənməsi və digər bu kimi hallar əslində, reklam xarakteri daşıyır. Bu zaman görüntülərdə yer alan digər insanlar da reklamın bir hissəsidir.

Bütün dünya mediası tərəfindən diqqət mərkəzinə çevrilən bu özəl anlarda çəkilmiş görüntülərin reklam olduğu ortaya çıxmasına rəğmən onun media tərəfindən rəğbətlə qarşılanması Kanadada müzakirə məsələsinə çevrilib.

Canadian Broadcasting Corporation-da köşə yazarı olan Robin Urback kənardan ən təbii, qəflətəndən baş vermiş kimi görsənən anların əvvəlcədən planlaşdırıldığını iddia edir. Onun sözlərinə görə, bir siyasətçinin bazar günü gündəlik fəaliyyəti zamanı cəmiyyət tərəfindən görüntülənməsi uzun müddətli işin nəticəsidir.

The Maclean-ın müxbiri Aaron Hutchins gənclərlə birgə qaçış zamanı şəkilləri çəkilən Trudeau-nun reklam menecerinin bu tədbiri əvvəlcədən planlaşdırdığını, hətta fotoqrafın gözəl bir şəkil çəkə bilmək üçün uyğun yer seçdiyi və uzun hazırlıq gördüyünü deyir.

Trudeau-nun tələbələrlə qarşılaşmasının önəmli bir hadisə halına gətirilərək, sosial media vasitəsilə bütün dünyaya yayılması və hamının da bu görüntüləri dərc etməsi reklamın bir parçası kimi qiymətləndirilir və media buna dəstək verməkdə günahlandırılır.

İddialara görə, Trudeaunun bu cürə reklam olunması Kanada və Keystone XL arasında həyata keçiriləcək boru xətti layihəsinə dair razılaşma və ya hökumətlə əlaqəli bəzi kritik məsələlərin ört-basdır edilməsi (Kanadanın Səudiyyə Ərəbistanına 15 milyard dollar dəyərində hərbi texnika satışı kimi – red.) məqsədi daşıyır.

Yenicag.az

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv