Ads by Google

hightechnic
Ads by Google

“Kanal İstanbul” layihəsi çərçivəsində tender əsasında 2,7 milyard kubmetr torpaq sərf etməklə, rentabelli süni adaların salınması nəzərdə tutulur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərmərə və Qara dənizlərin çıxış nöqtələrində salınması planlaşdırılan adaların sayı, sahəsi və yeri texniki-iqtisadi qiymətləndirmənin nəticəsinə əsasən müəyyənləşəcək. O baxımdan, salınacaq süni adaların sayı bir və ya iki ola bilər.
“Kanal İstanbul” layihəsi ilə əlaqədar Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə Mənzil-Tikinti İdarəsinin (TOKİ) bu istiqamətdə araşdırmaları davam edir. Tədqiqata dənizçilik, nəqliyyat və informasiya naziri Ahmet Arslan şəxsən nəzarət edir.

Məlumata görə, süni adaların təməlində yerləşdirilmək üçün böyük qaya parçaları gətiriləcək. Bu qayalarla aparılacaq möhkəmləndirmə işləri tamamlandıqdan sonra “Kanal İstanbul” layihəsinin təməli qoyulacaq. Süni adalar hazır olduqdan sonra onların üzərində istirahət kompleksləri və digər iaşə obyektləri inşa ediləcək. Bu layihələrin marketinqi əsasında əldə olunan maliyyə kanalın tikintisinə yönəldiləcək.

Bundan başqa, salınacaq süni adalara fərqli adlar veriləcək və orada yaşayış binalarının inşası da planlaşdırılır. Layihənin icrası ilə məşğul olan dövlət məmuru bu barədə belə deyib:

“Adalarda yaşayış olacaq, restoranlar da tikilə bilər. Dünyada bu işlərin müxtəlif nümunələri mövcuddur”. Liman və sahil-yanaşma sahələrinin tikiləcəyi adalar arasında dəniz nəqliyyatı vasitələri xidmət göstərəcək.

“Kanal İstanbul” layihəsi çərçivəsində Boğazda olduğu kimi gəmilərin giriş-çıxışı üçün delta da qurulacaq. Böyük parkların salınacağı həmin sahədə yaradılacaq delta üçün Sazlıdərə Bəndinin çıxış hissəsində yer də ayırılıb. Ümumi dəyəri 15 milyard dollar olan bu layihənin struktur planı üzərində də işlər aparılır.

Layihənin icrası zamanı ətraf mühitə ziyan vurulmaması məsələsi də diqqət mərkəzində olacaq. Ona görə də, Terkos Gölü həndəvərində inşaat işləri minimum sahəni əhatə edəcək. Eyni zamanda, süni adalarda turistlərin qala bilmələri üçün xüsusi layihəli evlər də tikiləcək.

Qeyd olunur ki, artıq “Kanal İstanbul” layihəsinin ekoloji ekspertizası da başlayıb. Layihənin icrası zamanı əraziyə yayılacaq toz kütləsinin həcmindən tutmuş ətraf mühitə təsirinə qədər bütün detallar, o cümlədən, bu işlərin dənizin hərarətinə və balıqçılığa da mümkün təsiri nəzərdən keçiriləcək.

Yeniçağ.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."