Ads by Google

hightechnic
Ads by Google

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi anını əks etdirən fotoşəkil 60-cı “World Press Photo” beynəlxalq fotojurnalistika müsabiqəsinin baş mükafatına layiq görülüb.

Azərtac xəbər verir ki, Beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi fevralın 13-də Amsterdamda keçirilib.

İlin fotoşəklində 22 yaşlı Mert Altıntaş rusiyalı diplomata sui-qəsddən bir neçə dəqiqə sonra əks olunub. Arxa planda terrorçunun ölümcül yaraladığı diplomat görünür. Münsiflər heyətinin rəyinə görə, Assoşieyted Press agentliyinin fotomüxbiri Burxan Özbilicin çəkdiyi bu fotoşəkil dünyada insanlar arasında getdikcə artan nifrətin qara rəmzi kimi diqqəti cəlb edir.

“World Press Photo” müsabiqəsi 1955-ci ildən keçirilir. Bu il müsabiqəyə 125 ölkədən 5 min fotojurnalistin 80 min foto işi təqdim edilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."