!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Karyerasına son qoyan Olimpiya mükafatçımız idmana qayıtdı - ÖZƏL

!Reklam – Yazi

Bir müddət əvvəl karyerasını başa vuran Avropa Oyunlarının qızıl, Rio Olimpiadasının gümüş medalçısı kubalı boksçumuz Lorenso Sotomayor millimizə qayıdıb.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, kubalı idmançını uzun sürən danışıqlardan sonra axır ki, qayıtmağa razı sala biliblər.

Onun boks üzrə milli komandamıza qaytarılmasına səbəb isə İslam Oyunlarıdır. Çünki Sotomayora orada çıxış etmək təklif olunub.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Azərbaycan Boks Federasiyası onunla yenidən müqavilə bağlamaq üçün əvvəlkindən daha çox pul təklif edib. Belə ki, ikiillik “milliləşmək” üçün ona 400 min manata yaxın pul təklif olunmuşdusa, bu dəfə həmin məbləğ sadəcə, bir il üçün ödəniləcək. Bundan əlavə o hər ay maaş da alacaq. Nəticədə, razılıq alınıb. Təbii ki, o, İslam Həmrəylik Oyunlarında medal qazanarsa, dövlət və federasiya tərəfindən ayrılan əlavə mükafatın da sahibi olacaq.

Yanvarın 25-dən 30-dək keçilən Respublika çempionatında iştirak etmək istəyən Sotomayor biləyindəki zədə üzündən döyüşməkdən imtina edib. Ancaq o yaxın zamanda millinin təlim-məşqinə qatılacaq. Sotomayor artıq 20 günə yaxındır ki Azərbaycandadır.

Qeyd edək ki, 4 idmançımız milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib. Karyerasını bitirən idmançılar Avropa Oyunlarının qalibləri Abdulqadir Abdullayev və Albert Səlimov, həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor, ikiqat Dünya çempionu, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdur.

Qeyd edək ki, Sotomayor ilk dəfə 2014-cü ildə millimizin tərkibində çıxış etməyə razılıq verib.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv