!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Kaş böyüməyəydik, məktəbli qalardıq" - Futbolçuların son zəng xatirələri

!Reklam – Yazi

Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində sonuncu dərs günüdür. Yenicag.az xəbər verir ki, artıq təhsil ocaqlarında “Son zəng” çalındı.

Yəqin ki, hamının məktəblə, sonuncu zənglə bağlı unudulmaz, xoş xatirələri var. Bəs “Kəpəz”in futbolçuları “Son zəng”i necə xatırlayır? Futbolçuların son zənglə bağlı xatirələrini təqdim edirik:

Şəhriyar Rəhimov: “Mən məktəbi 2006-cı ildə bitirmişəm, həmin vaxt “Son zəng” tədbiri mayın 25-də qeyd olunurdu. 11-ci sinifdə U-17 yığması ilə səfərlərdə çox olmuşam. Təlim-məşq toplanışları, oyunlar çox olurdu. Amma buna baxmayaraq “Son zəng”ə gedə bildim. Son dərs günü olsa da, hamının başı tədbirə qarışmışdı. Şagird kimi məktəbdə son günümüz idi. Müəllimlər bizə arzularını çatdırdılar, biz də onlara hər şeyə görə təşəkkür etdik. Hamı bir-biri ilə olduqca mehriban idi. Həmin an adam məktəbi bitirdiyinə görə kədərlənir. Aşağı siniflərdə oxuyanda deyirdik ki, kaş məktəbi tez bitirəydik. Amma “Son zəng”də başqa cür fikirləşirdik. Sanki həmin gün adam məktəbin qədrini daha çox bilir. Kaş böyüməyəydik, məktəbli qalardıq (gülür)”.

Novruz Məmmədov: “Məktəbi 2007-ci ildə bitirmişəm. Başım o qədər futbola qarışıb ki, “Son zəng” yaddan çıxıb (gülümsəyir). Düz 10 il keçib. Məktəbin həyətində tədbir təşkil olunmuşdu, o ki var uşaqlarla oynadıq, dedik-güldük. Hamımız sevinirdik. Məktəb illəri unudulmaz olur, orta səviyyədə oxuyan olmuşam. Bir neçə sinif yoldaşımla məktəbdən başlayan dostluq münasibətləri bu gün də davam edir”.

Davud Kərimi: “2000-ci ildə Göyçayda 4 nömrəli məktəbi bitirmişəm. Həmin vaxt “Son zəng” mayın 25-də keçirilirdi. “Son zəng”i heç xatırlamamaq olar? 11-cilər olaraq biz arxa cərgədə durmuşduq, önümüzdə isə 1-ci sinifin şagirdləri düzülmüşdü. Uşaqlar bizə gül dəstələri verdilər, biz isə onlara hədiyyələr bağışladıq. Boyum hündür olduğu üçün elə bildim ki, zəngi çalan uşağı mən qaldıracam. Amma… sinif yoldaşım məndən qabağa düşdü. Bizdən ayrıldıqları üçün həm sevinən, həm də kədərlənən müəllimlərimiz vardı. Məktəbdə nadinc olduğum üçün əksər müəllimlər mənim məktəbi bitirməyimə görə bəlkə də daha çox sevinirdilər. Onu da deyim ki, futbolçu kimi yığma üzvü olduğumdan yaddaqalan, xatırlanan şagird olmuşam”.

Kərim Diniyev: “Məktəbi 2011-ci ildə bitirmişəm, amma “Son zəng”də iştirak edə bilməmişəm. Çünki U-17 yığmasının tərkibində xaricdə olmuşam. “Son zəng” tədbirində iştirak etmədiyim üçün təəssüflənirəm. Belə demək mümkündürsə, mənim “Son zəng”im hələ çalınmayıb (gülür). Hər bir insanın həyatında bu günün xüsusi yeri olur. Məktəb illəri ən şirin xatirədir. Mən 7-ci sinfə qədər yaxşı oxumuşam, əlaçı olmuşam. Riyaziyyatdan başqa bütün fənləri yaxşı bilmişəm. Amma böyüdükcə, futbola maraq artdıqca əlaçılıqdan düşmüşəm. Dəcəl deyildim deyə, müəllimlər məndən razı idi. Ona görə də məktəbi bitirəndə hamı mənə xeyir-dua verib”.

Yenicag.az

www.yenicag.az

1493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv