Keçmiş "ANS"-çilərin "SPACE" TV-də gizli qalmaqalı(?)... - Nələr baş verir? - RƏSMİ

Keçmiş “ANS”-çilərin “SPACE” TV-də gizli qalmaqalı(?)… – Nələr baş verir? – RƏSMİ

Müəllif: Redaktor

Baş Redaktor

Son günlər Azərbaycan teleməkanında bir çox islahatlar keçirilir, departament rəhbərləri dəyişdirilir, yeni kadrlar cəlb olunur, maraqlı layihələr hazırlanır. Növbəti struktur dəyişikliyi xəbəri “Space” televiziyasından gəldi. Amma bu dəyişiklik qalmaqallı nüanslarla yadda qaldı.

Qeyd edək ki, Ölkə.az-ın məlumatına görə “Xəbərlər departamenti”nin rəhbəri Azadə Balayevanı ANS-çi Afət Telmanqızı əvəzləyib. Balayeva isə V. Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb. Hətta departamentin işçilərinin iki cəbhəyə ayrıldığı, bir neçə gün öncə istefa vermiş baş redaktor Elman Gədiklinin geri dönməsini istəyənlərin də olduğu deyilir.

“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev baş verən dəyişikliklərlə bağlı Yenicag.az-a açıqlama verib:

“Space TV”-də heç bir qalmaqal baş verməyib, heç kim işdən getməyib. Afət Telmanqızı “Xəbərlər” departamentinə müavin təyin olunub, Azadə Balayeva da buraxılış redaktoru vəzifəsini icra edir. Heç kim heç kimin yerinə gəlməyib, heç kim heç kimin də yerini dar eləməyib. Hələ ki, departamentə rəhbər təyin olunmayıb, o yer boşdur”.

K.Şahverdiyevin E.Gədiklinin yenidən telekanala qayıdacağına münasibəti birmənalı olub:

“Elman Gədikli qardaşı rəhmətə gedəndə psixoloji problemlər yaşadı və özü ərizə yazıb işdən getdi. Yenidən burda iş fəaliyyətini davam etdirməsi barədə bizə ərizə ilə müraciət etməyib”.

Cəvahir Səlimqızı
Yeniçag.az

Media, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti