Yazı İçi 468×60

ererrfSuraxanıda həyat yoldaşını bıçaqlayan şəxs ifşa edilib. Müştərisi üçün peyk antenası quraşdıran ər keçmiş arvadının həmin ərazidən keçdiyini görəndə hisslərini cilovlaya bilməyib. Əlinə keçənlə qadının həyatına qəsd etməyə çalışıb. Onu bıçaqlayıb.

Bərdə rayonu Nazırlı kənd sakini Seymur Sultanov polisə zəng edərək həyat yoldaşını bıçaqladığını bildirib. Hadisə yerinə yollanan polis əməkdaşı Seymurun həyat yoldaşı Cəmalə Soltanovanın xəstəxanaya aparıldığını öyəriniblər. Televizor ustası olan Seymurun dediyinə inansaq, həyat yoldaşı ilə də onların evindəki televizoru təmir edən zaman tanış olub. 2000-ci ildə ailə quran cütlüyün 4 övladı var. Seymurun mütəmadi olaraq spirtli içki qəbul etməsi ailəsində problemlərə səbəb olub.

Ailənin böyük qızının xəstələnməsi Seymurla Cəmalənin barışmasına səbəb olsa da, barışıq çox çəkməyib. 41 yaşlı Seymur Sultanovun mütəmadi olaraq araq içdiyindən Cəmalə 4 övladını götürərək onun yanından gedib. Bu hadisədən 4-5 gün sonra müştərisi üçün peyk antenası quraşdıran Seymur keçmiş arvadının həmin ərazidən keçdiyini görüb. Bu vəziyyəti gördükdə isə, əsəblərini hakim ola bilməyib.

Həyat yoldaşını xəstəxanalıq edən Seymur Sultanov bağışlanmaq və ailəsi ilə barışmaq istədiyini deyir. O, istəyinə çata bilər. Amma həbsdən qayıtdıqan sonra.(ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."