Yazı İçi 468×60

“Azərbaycan” nəşriyyatının inzibati ərazisində icarəyə götürülmüş məkanda açılan gecə klubu yaxınlıqdakı sakinlərin kabusuna çevrilib.

Yeniçağ.Az turaninfo.az-a istinadən xəbər verir ki, “Azərbaycan” nəşriyyatının inzibati ərazisində açılmış disko-klub Xaçmaz rayonundan olan keçmiş deputatın oğluna (adı dəqiqləşdirilir – red.) məxsusdur.

Qeyd olunur ki, həmin əyləncə məkanının açılış mərasiminin keçirildiyi 29 aprel gecəsində qopan həngaməyə görə ərazidə yaşayan sakinlər səhəri dirigözlü açıblar:

“Aprelin 29-da gecə saatlarında “Azərbaycan” nəşriyyatının ətrafında yaşayan insanlar böyük səs-küyə yuxudan oyanıblar. Bəlli olub ki, “Azərbaycan” nəşriyyatının inzibati ərazisindən güclü musiqi səsi gəlir. Sakinlər bunu “Azərbaycan” nəşriyyatının yeni bir disko-klub layihəsi kimi qiymətləndiriblər”.

Məlumata görə, gecə klubunun açılış mərasimində iştirak üçün biletlər onlayn rejimində satılıb. Disko-klubun açılış mərasimində baş verənlərin səs-küyü bəzi dövlət orqanlarının məsələyə müdaxiləsi ilə nəticələnib:

“Hətta Avropadan DJ qismində əcnəbi də gətizdirilib. Mənbə deyir ki, bu qalmaqallı tədbirin sabahısı günü müvafiq dövlət qurumları tərəfindən baş vermiş biabırçılığın aradan qaldırılması ilə bağlı “Azərbaycan” nəşriyyatına da ciddi göstəriş verilib”.

Materialda o da qeyd olunur ki, “Azərbaycan” nəşriyyatında baş verən ciddi nöqsanların əsas mənbəyi qurumda idarəçiliyin yarıtmaz vəziyyətindən qaynaqlanır:

“Əlbəttə, bizim qeyd etdiyimiz çoxsaylı faktlardan yalnız biridir. Amma hazırda “Azərbaycan” nəşriyyatının cəmiyyətdə böyük problemə çevrilən “reket” jurnalistlərin yuvasına çevrildiyi və bir çox problemlərin məhz həmin binadan qaynaqlandığı da bəllidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, nə qədər “Azərbaycan” nəşriyyatının idarəetmə problemi olacaq, oradakı “reket” jurnalistlərlə bağlı qüsurların və digər neqativlərin aradan qaldırılması mümkün olmayacaq. Nəticədə, bizim jurnalistikada mövcud olan problemlər də davam edəcək”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."