Keçmiş MTN-çi Moskvada alfons kimi yaxalandı – VİDEO

Keçmiş MTN-çi Moskvada alfons kimi yaxalandı – VİDEO

Müəllif: Redaktor

Editor

ibrahim_musayevLəğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əıməkdaşı olan 23 yaşlı İbrahim Musayev Rusiyada həbs olunub.

23 yaşlı azərbaycanlı Pervomaysk kəndində saxlanılıb. O, yalan yolla adı açıqlanmayan qızdan 2,5 milyon rubl pul almaqda və həmin vəsaiti mənimsəkədə şübhəli bilnir. Rusiya KİV-i onu alfons adlandırıb.

İstinaqın məlumatına görə, Musayev qadınlarla tanış olaraq, özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edirmiş. Sözlərinə sübut olaraq isə Makarov tipli tapançanın qoburunu nümayiş etdirirmiş.

Sonradan görüşlərə 3 yaşlı qızı ilə birlikdə gedən keçmiş MTN-çi təsirli həyat hekayəsi danışaraq, zərif cinsin nümayəndələrindən pul alırmış.

İbrahim Musyaev isə ifadəsində hər şeyin səbəbkarı olaraq evlənməkdən imtina etdiyi qızı göstərib.

“Bir xanım mənimlə ailə həyatı qurmaq istəyirdi. Mən bunu etmədim və hər şey bundan sonra başladı”.

Musayevin versiyasına görə, qadın onun ayrılacağından xəbər tutub və keçmiş MTN-çinin 2,5 milyon rubl oğurlaması barədə polisə yalandan ərizə yazıb.

İbrahim Musayev hazırda Moskva təcridxanalarından birində saxlanılır. Onun 3 yaşlı qızı isə tibbi-profilikatik müəssisəılərdən birində yoxlanıldıqdan sonra Azərbaycandakı qohumlarına təhvil veriləcək.(modern)

Kriminal, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti