Keçmiş MTN nazirindən xəbər var

Keçmiş MTN nazirindən xəbər var

Müəllif: Redaktor

Editor

2016-05-14-21-25-32veli-esgerovNaxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov vəkili ilə görüşüb.

Yenicag.az bildirir ki, bu barədə Trend-ə V.Ələsgərovun vəkili məlumat verib. Vəkil bildirib ki, o, bu gün V.Ələsgərovla Penitensiar Xidmətin Naxçıvandakı İstintaq təcridxanasında görüşüb: “Səhhəti və saxlanma şəraiti ilə maraqlandım. Heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır. Sabah yenidən görüşəcəyəm və müəyyən məsələləri müzakirə edəcəyik”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti