Yazı İçi 468×60

rufet8Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şağırılıb.
Bu barədə R.Səfərov özü bildirib.

“Ev dustaqlığım yenidən həbs qətimkan tədbiri ilə əvəzlənə bilər, amma bu məni çəkindirmir”,-deyə R.Səfərov bildirib.

Xatırladaq ki. Rüfət Səfərov Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, YAP üzvü Eldar Sabiroğlunun oğludur.
Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozmaqda təqsirləndirilərk, prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) – təkrar törədildikdə) cinayət işi başlanıb.

R.Səfərov əvvəlcə həb olunub, sonradan Binəqədi Rayon Məhkəməsi onun şikayətinə baxaraq, həbs qəti imkan tədbirini dəyişdirərək, haqqında ev dustaqlığı barədə qərar çıxarıb.(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."