www.sinerjipro.net

SinerjiProWide
Reklam

107781_res_01Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya paytaxt Tiflis yaxınlığında sui-qəsd olub.

Yenicag.az virtualaz.org-a  istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun yayadığı açıqlamada L.Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alındığı və ona hücum edildiyi bildirilib.

Xəbərdə deyilir ki, L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Onu müşayiət edən Rezo Kalomletsavi isə yerindəcə keçinib.

Prokurorluqdan bildirilib ki, sabiq nazir müavininin vəziyyəti ağırdır. L.Qvazava koma vəziyyətindədir, o, süni nəfəs aparatına qoşulub.

L.Qvazavanın klinikada olan qohumları ona sui-qəsdin mümkün səbəbləri barədə şərh verməkdən imtina ediblər. Yalnız bunu bildiriblər ki, L.Qvazava Hüquq Mühafizəçilərinin Müdafiə Liqasının yaradıcısıdır.

Hadisə yerində ölən Rezo Kalomletsavi L.Qvazavanın qohumudur. O da keçmiş polis işçisidir.

Gürcüstanın daxil işlər naziri Georgi Mqebrişvili sui-qəsd faktını şəxsi nəzarətinə götürüb və hadisə yerinə baş çəkib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."