!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş nazirin həyat yoldaşı vəfat etdi

!Reklam – Yazi

rif_qeydarov_imagessdfAzərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.

Ə.Heydərova 80 yaşında vəfat edib.

O, 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. Yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Ədilə Xeyrulla qızı Heydərova 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Eyni zamanda, dövlət başçısı 2006-cı ildə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib(report).

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv