yenicag.az
yenicag.az

Keçmiş polisin oğlu ordudan geri çağırılaraq həbs edildi

Keçmiş polisin oğlu ordudan geri çağırılaraq həbs edildi

Müəllif: Redaktor

Editor

trupSalyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb.

Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun oğlu Ağacavad Cavadzadə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb.

A. Cavadzadə hərbi xidmətdə olub və ordudan geri çağırılaraq həbs edilib. Salyan rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb. Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin həmin qətl hadisəsi barədə yaydığı məlumatda bildirilir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Araşdırmalar zamanı R.Cavadovun Almaniyada olması müəyyən edilib, hazırda onun tutularaq ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenicag.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti