!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş rektor həbs edildi

!Reklam – Yazi

Türkiyədə FETÖ/PDY işi çərçivəsində keçirilən əməliyyat nəticəsində Akdeniz Universitetinin sabiq rektoru İsrafil Kurtcephe həbs olunub.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya Cumhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Akdeniz Universitetinin keçmiş rektoru İsrafil Kurtcephenin evində axtarış aparılıb.

Antalya Polisi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat zamanı İsrafil Kurtcephe həbs edilib. Daha sonra müayinədən keçirilən sabiq rektor dindirilmək üçün polisə aparılıb.
2008-ci ildə Akdeniz Universitetinin rektoru təyin olunan Kurtcephe bir sıra qanunsuz əməllərdə ittiham olunaraq, 2015-ci ildə vəzifəsindən azad edilmişdi.

Yeniçağ.Az

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv