Kəlbəcər girovlarından yeni xəbər

Müəllif: Redaktor

Editor

dilqem nazliya mektubBeynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək.

Bu barədə AzVision.az-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, girovlarla görüş yaxın günlərdə keçiriləcək.

“Ötən gün atama məktub yazdıq. Məktub Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə çatdırılacaq. Məktubda onun səhhəti, problemlerini soruşmuşuq. İki aydan çoxdur atamdan məktub ala bilmirik. Çox narahatıq”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır