!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kəlbəcərdə Yurdum Məni Gözləyir” kitabının təqdimatı keçirildi

!Reklam – Yazi

1471291316_14030682_802916899849358_1700248866_n15 avqust 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Abşeron RİH-nin təşkilatı dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsinin yekun hesabatını əhatə edən mətbuat konfransını və layihə çərçivəsində nəşr olunan 1-ci qrup Qarabağ Qazisi Elşad İbrahimovun “Yurdum məni Kəlbəcərdə gözləyir” adlı şerlər kitabının təqdimatı təşkil olundu.

Yenicag.az xəbər verir ki, tədbirin açılışında ŞƏHİDLƏRİMİZİN ruhu bir dəqiqəlik sükutla yad edildi. Sora birliyin sədri Cavad Qasımov layihənin əhəmiyyətindən danışaraq geniş məruzə ilə çıxış etdi.

O, qeyd etdi ki, “-Birliyimiz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi həm də ümumi olaraq bir çox işlər görmüşdür. Belə ki fərdi olaraq bizə müraciət edən insanlara hüquqi yardım, Sosial yardımın təyin olunması, əlilliyin təyin edilməsi, müalicə, istirahətə göndərilmə və s. məsələlərlə əlaqəli dəstək vermişik. Ümumi olaraq əlilliyi olan insanların müasir reabilitasiya avadanlıqları ilə təmin edilməsi mövzularında bir çox təkliflərlə aidiyatı təşkilatlara müraciətlər və bu mövzuda çıxışlar etmişik. Təhsil məsələləri ilə əlaqəli olaraq Birliyimiz birinci növbədə inkulizv təhsilin Beynəlxalq standartlara uyğunlaşdırılmasının tərəftarıdır və bu istiqamətdə Təhsil Nazirliyi və aidiyatı qurumlar qarşısında mövcud problemlər və həlli yolları mövzularında çıxışlar etmişik. Eyni zamanda Birliyimiz tərəfindən əlilliyi olan insanlar üçün, şəhid və imkansız ailələlərin üzvləri üçün ofisimizdə Şəms tərcümə Mərkəzinin dəstəyi ilə ödənişsiz olaraq İngilis dili və Rusili kursları təşkil etmişik. Bunla bərabər 1saylı Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reabiltasiyası Mərkəzinin üzvlərinə “Layihə Univeristeti”ni təlim etmişik ki, bu da gənc əlillərimizin gələcəkdə işlə təmin olunması baxımından və onların fəaliyyətindən cəmiyyətimizində faydalanması baxımından əhəmiyyətlidir. İncəsənətə əlaqəli Birliyimiz əlilliyi olan istedadlı şəxslərin çoxsaylı sərgilərin , konsertlərin təşkil etmişdir və istedadlı yazarların kitabların nəşr etdirmişdir, eyni zamanda birliyimiz bəzi reabilitasiya mərkəzlərində sorğular və manitorinqlər təşkil etmişdir, insanların marifləndirilməsi məqsədi ilə əlilliyin təyin edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qaydalarını əks etdirən broşuralar cap edərək layihə iştrakçılarına paylamışdır…”
Sonra sairə-publisist Mətanət Sevdalı layihə çərçivəsində nəşr edilən “Kəlbəcərdə yurdum məni gözləyir” kitabını təqdimatın etdi. İştrakçılar kitab haqqında öz fikirlərini bildirdilər. Tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Respublika Əlillərin Bərpa Mərkəzinin Baş həkimi Günay xanım Rəfiyeva, Abşeron RİH nümayəndəsi, Abşeron rayon Yazıçılar Birliyinin sədri Şəhla xanım Ağbulud , QHT rəhbərləri geniş məzmunda çıxışlar etdilər. Kitabın müəllifi Kəlbəcər rayonundan məcburi köçgün, birinci qrup Qarabağ əlili, gənc şair Elşad İbrahimov kitabın nəşrinə dstək olanlara təşəkkürünü bildirdi.

Konfransın sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini Qubad Qasımov “Birliyin hazırladığı təkliflərin və konfransda müzakirə olunan məsələləri ümumiləşdirilərək aidiyatı təşkilatlara göndəriləcəyini və bu məsələlərlə əlaqəli olaraq həmin təşkilatlarla əməkdaşlıq ediləcəyini , konfransda müzakirə olunan məsələlərin real nəticəsinin həlli edilməsi yönündə işlərin aparılacağını” söylədi.

Sonra Konfrans iştrakçıları çay süfrəsi ətrafında qeyri-rəsmi müzakirələri davam etdirdilər

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv