Kəlbəcərlilərin sosial problemlərinə həsr olunmuş növbəti görüş keçirildi - FOTO

Kəlbəcərlilərin sosial problemlərinə həsr olunmuş növbəti görüş keçirildi – FOTO

Müəllif: resul

Editor

16 Yanvar 2017-ci il tariixndə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər etmiş Kəlbəcər rayonunun bir qrup sakini ilə növbəti görüş keçirilib.

Görüşü keçirən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət öz bəhrəsini verməyə başlayan andan dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsilə də bağlı geniş tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirilən Azərbaycan Prezidenti İlham Əliyevdə bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu deyib: Bildirmişdir ki, keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq.

Görüşdə 78 nəfər Kəlbəcər rayon sakinləri iştirak edib. Sakinlər onları narahat edən, xüsusən bəzi sosial problemləri ilə bağlı müraciət ediblər. Onların hər birinin müraciətləri qeydə alınmış, bəziləri yerindəcə həll olunmuş, digərləri isə əlaqədar qurumlara ünvanlanmışdır.

Kəlbəcər rayon sakinləri onların problemlərini daim diqqətdə saxladğına görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqalrını ifadə etmişlər. Məcburi köçkünlər vurğuladılar ki, möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siaysət nəticəsində torpaqlarımız işğaldan azad olacaq və olacaq və biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.

Yeniçağ.Az

Foto Qalereya:

Xəbərlər, Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti