!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kənandan Fərda ilə Müşfiqin ünvanına AĞIR SÖYÜŞLƏR - QALMAQAL

!Reklam – Yazi

Fərda Xudaverdiyevlə Müşfiq Şahverdiyevin Kənan M.M. haqqında söylədiyi fikirlər qarşı tərəfi özündən çıxarıb.

Yeniçağ.Az-a açıqlama verən rejissor Kənan M.M. əsəbinə hakim ola bilməyib: “Mən ömrüm boyu ağzımdan çıxan sözə ölənə qədər sadiq qalmışam. Mən elə söz deməmişəm. Əgər elə bir söz demişəmsə, ya onun videosunu göstərsinlər, ya da səsyazısını. Azərbaycan ilk komediya çəkən rejissorlardan biri mən olmuşam. Mən insana onun sənətinə, oynadığı rola görə qiymət verməmişəm. Mən elə söz deməmişəm, əgər demişəmsə, yaxşı eləmişəm, əcəb eləmişəm. Demədiyim halda dalımca kim danışıbsa, qələt edib…”

Qeyd edək ki, Kənanın “Komediya çəkənlər və onu izləyənlər boş insanlardır” sözlərinə cavab olaraq Müşfiqlə Fərda onu kino çəkə bilməməkdə suçlayıb. Onlar “Hər şey daxil” verilişinin qonağı olarkən Kənan barədə danışıblar:

“Kənanda drama tutmadı, ona görə əsəbiləşir, özünə qapanır. Kənan ha çəkir, bu işdən qurtarmır. Dostumuzdur, əsəbini şeir yazmaqla çıxardır. Kənan çəkdiyi filmlərlə tamaşaçını inandıra bilmir”.

Fərda isə rejissor barəsində belə deyib: “Kənan deyibsə, ciddi qəbul etməyin. İstəyir ki, onu ciddiyə alaq, amma olmur. Kənan özü də komediya çəkmişdi, amma alınmadı deyə əsəbiləşib. Ən birinci “Ay brilliant”ı çəkmişdi. Bizdə dram janrında olan filmlərin maraq doğurmamasına səbəb türk seriallarıdır. Tamaşaçı onları izləyir, onlar film kimi çəkilir. Bizim çəkəcəyimiz dram filmi o seriallardan gözəl alınmalıdır”.

 

Cəvahir Səlimqızı
Yeniçağ.Az

www.yenicag.az

1078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv