Ads by Google

hightechnic
Ads by Google

1464784403_dsc_1659İmişli rayonunda taxıl yığımı mövsümündə kombaynlardan səmərəli istifadənin işinin və ödənişlərin təşkili məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir.

Müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov, “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” bölmələrinin rəhbərləri iştirak etmişdir. Müşavirədə 2016-cı ilin biçin mövsümündə qarşıda duran vəzifələr, kombaynlardan səmərəli istifadə, aparılmış biçinə görə ödənişlərin uçotunun təşkili, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Müşavirədə qeyd edilmişdir ki, bu gün “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində 724 ədəd kombayn var, onlardan 538 ədədi saz vəziyyətdədir və bu kombaynların mexanizatoirları ilə müqavilə bağlanmışdır.

Müşavirənin yekununda respublikada taxıl biçininin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti vəzifəli şəxslərə qanunamüvafiq tapşırıqlar verilmişdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 188
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."