!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatı sahəsində vergi güzəştləri ləğv olunur? – Bəd xəbər

!Reklam – Yazi

A40B4D31-B1E3-42D1-9DE1-2C50FE449A8E_w640_r1_sNatiq Cəfərli: “Bu sahədə vergi güzəştlərinin ləğvi istiqamətində müəyyən dəyişikliklər baş verəcək”

Son zamanlar Azərbaycanda bu günə qədər tətbiq edilən vergi güzəştlərinin bəzilərinin ləğv edilə biləcəyi barədə fikirlər səslənir. Bunu da mütəxəssislər gələn il üçün neftin qiymətinin kəskin düşməsi fonunda dövlət büdcəsinin gəlirlərinin 20-25 faizə qədər azalması ilə əlaqələndirirlər.

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söylədi ki, 2016-cı ildə müəyyən sahələrdə vergi artımları və ya vergi güzəştlərinin ləğvi müşahidə oluna bilər:

“Müxtəlif fikirlər səslənir ki, bəzi vergi güzəştlərinin ləğvi istiqamətində müəyyən hesablamalar aparılır. Bildiyim qədər Maliyyə Nazirliyində də bu istiqamətdə müəyyən işlər görülür. Ola bilsin yaxın gələcəkdə bəzi kateqoriyadan olan vergi və gömrük güzəştlərinin ləğvilə bağlı qərarlar verilsin. Ölkədə ən çox vergi güzəşti tətbiq olunan sahə kənd təsərrüfatı sahəsidir. Bu sahədə də vergi güzəştlərinin ləğvi istiqamətində müəyyən dəyişikliklər baş verəcək. Belə bir qərarlar büdcəyə daha çox vəsait daxil olmasına ilkin variantda az da olsa şərait yaradar. Lakin belədə kənd təsərrüfatının özündə müəyyən problemlər yaradacaq. Onsuz da bu sahədə problemlər bu gün də vardır, Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edə bilməyib. Ona görə bəzi sahələrdə vergi güzəştlərinin ləğvinə gediləcəksə bu sonradan iqtisadiyyatda daha mənfi təsirlərin yaranmasına gətirib çıxarar. Ona görə də hökumət orta və uzun vadidə gözlənilən problemlərin həllinə daha çox köklənməlidir”.

 

ELÇİN

www.yenicag.az

1066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv