Ads by Google

hightechnic
Ads by Google

c70c534f-298e-424b-9d11-24e8228b6259_292Pakistanın cənubunda Sind əyalətinin Yakubabad şəhərində Kərbəla matəmi ilə bağlı mərasimə toplanan şəxslərə edilən hücum nəticəsində 22 nəfər ölüb.

“Report” xəbər verir ki, bu haqda rayonun polis rəisi Xuda Buks bildirib.

Onun sözlərinə görə, basqın intiharçı-terrorçu tərəfindən törədilib. Polis rəisi deyib ki, ölənlərin arasında qadın və uşaqlar da var. Hadisə nəticəsində onlarla mərasim iştirakçısı yaralanıb.

Bu, son bir həftədə Pakistanda həyata keçirilən üçüncü terror hadisəsidir. Ölkənin Bəlucistan əyalətindəki məsciddəki partlayış nəticəsində 10 nəfər, əyalətin mərkəzi Kuetta şəhərində sərnişin avtobusundakı minanın partladılması nəticəsində isə 11 nəfər həyatını itirmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."