Yazı İçi 468×60

e74acc4c-d12c-43dc-87ba-3c742ede3abfƏmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Meksikanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Rodriqo Labardini arasında 15 aprel 2016-cı il tarixində görüş keçirilib.

Qonağı səmimi salamlayan komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada baş verən iqtisadi proseslər fonunda ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Komitə sədri Azərbaycanla Meksika arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin daima inkişaf etdiyini böyük məmnunluqla vurğulayıb. Görüş zamanı Komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni islahatlar, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində əldə olunan nailiyyətlər də qeyd olunub. Komitə sədri fəaliyyət sahələri üzrə elektron və onlayn xidmətlərin tətbiqini, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsini xüsusilə qeyd edib. Eyni zamanda, əmlak idarəçiliyində modern idarəetmə sistemi və innovativ üsulların tətbiqini, həyata keçirilən sosial yönümlü tədbirləri nəzərə çatdırıb.

Səfir səmimi qarşılanma, göstərilən isti münasibət və xoş ünsiyyət üçün komitə sədrinə minnətdarlığını bildirib. Cənab səfir ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib. Daha sonra görüşdə komitə sədri və səfir dövlət əmlakının özəlləşdirilməsi, qeydiyyat və kadastr sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."